525.Az

"İŞİD-in aldatdığı 6 mindən çox insan kamikadze kimi özünü partladıb"


 

"İŞİD-in aldatdığı 6 mindən çox insan kamikadze kimi özünü partladıb"<b style="color:red"></b> İŞİD terror təşkilatının sıralarına qoşulmuş 6 mindən çox gənc terrorçu-kamikadzeyə çevrilib.
 
APA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymaninin İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı İranın Ali lideri Ayətullah Xameneiyə ünvanladığı məktubunda bildirib..
 
General qeyd edib ki, 6 mindən çox aldadılmış gənc İslamı müdafiə etmək adı ilə intiharçı fəaliyyətlə partlayıcı ilə dolu maşınlarla meydanlarda, məscidlərdə, məktəblərdə, hətta xəstəxanalarda və müsəlmanların ümumi mərkəzlərində özlərini partladıblar: “Bu cinayətkar əməllər nəticəsində on minlərlə günahsız kişi, qadın və uşaq şəhid olub”.
 
 





22.11.2017    çap et  çap et