525.Az

Ədalət Əsgəroğlu: “Puldan əlləri üzüləndən sonra populyarlıq üçün başqa yollara əl atırlar”


 

Ədalət Əsgəroğlu: “Puldan əlləri üzüləndən sonra populyarlıq üçün başqa yollara əl atırlar”<b style="color:red"></b> “O deyir ki, guya ona qarşı təpkilər var. Amma hər şeyin səbəbkarı özüdür. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı idi, içki düşkünü olduğuna görə işdən kənarlaşdırıblar. O ki qaldı Yazıçılar Birliyinə, bizim də birliyin üzvü olub. Sadəcə, ağzına gələni danışdığına görə onu üzvlükdən çıxartdıq. Onun psixoloji durumu yerində deyil”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu birlikdən olan istefa və qovulmalarla bağlı məsələyə aydınlıq gətirərkən deyib.
 
Ə.Əsgəroğlu bildirib ki, burada heç bir istefadan söhbət gedə bilməz: “Bura iş yeri deyil ki, durub deyəsən istefa verirəm. Fikrimcə, populyarlıq xətrinə nə isə etmək başqa cür yozulur. Onlara məsləhət olaraq deyim ki, gəlib ərizələrini versinlər və açıqlasınlar ki, nəyə görə çıxmaq istəyirlər. Biz də qol çəkib göndərək, getsinlər. Orda-burda danışmağın nə adı var ki? Əslində isə gənclərin təqaüdləri qurtaran kimi başladılar reklam axtarmağa. Puldan əlləri üzüləndən sonra populyarlıq üçün başqa yollara əl atırlar. Hər yerdə ağızlarına gələni danışıb adlarını gündəmə gətirirlər. Bu məsələdə də AYB-nin adından istifadə edirlər. Ümumiyyətlə, əsərlərlə, yazılarla gündəmdə olmaq daha yaxşıdır. Onların əl atdığı bu yol müvəqqəti məşhurluq gətirəcək”.
 





06.06.2013    çap et  çap et