525.Az

Peru yığması DÇ-2018-də iştirakdan məhrum edilə bilər


 

Peru yığması DÇ-2018-də iştirakdan məhrum edilə bilər<b style="color:red"></b> Futbol üzrə Peru yığması 2018-ci il Dünya Çempionatında iştirakdan məhrum edilə bilər.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yerli siyasətçi Paloma Noseda ölkənin futbol federasiyasının dövlətin tam nəzarəti altına keçməsini nəzərdə tutan qanun qəbul etməyi təklif edib. Bu isə FİFA-nın qaydalarına ziddir.
 
Qanun qəbul edildiyi təqdirdə, Peru Futbol Federasiyası FİFA-nın üzvlüyündən kənarlaşdırıla  bilər. Bu halda Peru millisi  mundialda iştirak etmək hüququndan məhrum ediləcək.
 





23.11.2017    çap et  çap et