525.Az

Fransada saxlanılan rusiyalı senator zəmanətlə azadlığa buraxıldı


 

Fransada saxlanılan rusiyalı senator zəmanətlə azadlığa buraxıldı<b style="color:red"></b> Ötən gün Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nitsa şəhər prokuroru Jan-Mişel Pretr bildirib.
 
Eyni zamanda S.Kərimova Fransanı tərk etmək qadağan edilib.
 
Qeyd edək ki, "Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.  “Forbes” jurnalına əsasən, S.Kərimovun sərvəti 2016-cı ildə 1.6 milyard dollar təşkil edib.
 





23.11.2017    çap et  çap et