525.Az

Türkiyə bankları Azərbaycanda təmsilçiliyini artıracaq


 

Türkiyə bankları Azərbaycanda təmsilçiliyini artıracaq<b style="color:red"></b> “Yaxın zamanlarda bəzi Türkiyə bankları Azərbaycanda fəaliyyətə başlamaq üçün lisenziya əldə etməklə bağlı müraciət edəcək”.
 
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) “Ziraatbank Azərbaycan” ASC-nin baş direktoru Hüseyn Aydın deyib.
 
Onun sözlərinə görə, “Ziraatbank” Azərbaycanda  filial şəbəkəsini genişləndirəcək: “Bu gün Azərbaycanda bankın 2 filialı fəaliyyət göstərir. Yaxın zamanlarda bankımızın daha üç filialı fəaliyyətə başlayacaq. Bununla da Azərbaycanda filiallarımızın sayı 5-ə çatdırılacaq. Filiallarımız həm Bakıda, həm də sənayenin genişləndiyi digər şəhərlərdə olacaq”.
 





23.11.2017    çap et  çap et