525.Az

Faktiki hava şəraiti açıqlandı


 

Faktiki hava şəraiti açıqlandı <b style="color:red"></b> Ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında və bəzi  rayonlarda arabir güclənib.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Zabrat, Binə, Montində 1, Lənkəran-Astara zonasında 1-42, Böyük Qafqazda 2-25, Kiçik Qafqazda 6-9, Mərkəzi-Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4, Qazax-Gəncə zonasında 1-3 mm olub.
 
Qar örtüyünün hündürlüyü Sarıbaş, Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda  (Şəki) 2, Qubada 1 sm təşkil edib.
 





23.11.2017    çap et  çap et