525.Az

Büdcə zərfinin müzakirələri davam edir


 

Büdcə zərfinin müzakirələri davam edir<b style="color:red"></b> Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi bu gün davam edəcək.
 
APA-nın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.
 
Hökumət üzvlərinin də iştirak etdiyi iclasda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları müzakirə ediləcək.
 
Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.
 





23.11.2017    çap et  çap et