525.Az

Tbilisidə azərbaycanlı uşaqlar üçün xeyriyyə tədbiri


 

Tbilisidə azərbaycanlı uşaqlar üçün xeyriyyə tədbiri <b style="color:red"></b> Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, uşaq əyləncə mərkəzində baş tutmuş tədbir Gürcüstanın Marneuli, Bolnisi və Dmanisi rayonlarından olan valideyn himayəsindən məhrum olmuş, əlil və imkansız ailələrin uşaqlarına həsr olunub.
 
Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstanda Azərbaycanlı İş Adamlarının Birliyinin (AZEBİ) təşkilatı dəstəyi ilə baş tutub.
 
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə uşaqlar üçün əyləncəli oyunlar, nahar təşkil olunub və hər birinə hədiyyə təqdim edilib.
 
Xeyriyyə tədbirinə əslən Bakıdan olan Ukraynanın tanınmış aktyoru Oleq Savkin də dəstək olub.
 
Tədbirə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri də qatılıb.
 





23.11.2017    çap et  çap et