525.Az

Siyavuş Novruzov Milli Məclisə əlavə vəsait ayrılmasını təklif etdi


 

Siyavuş Novruzov Milli Məclisə əlavə vəsait ayrılmasını təklif etdi<b style="color:red"></b> Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov büdcədən Milli Məclisə əlavə vəsaitin ayrılmasını istəyib.
 
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında S. Novruzov bildirib ki, parlamentin il ərzində görəcəyi iş adətən gözlənilməz hadisələrlə bağlı olur, ona görə də əvvəlcədən planlaşdırmaq mümkün deyil.
 
O qeyd edib ki, beynəlxalq fəaliyyət, parlamentlərarası dostluq qrupları ilə mütəmadi əlaqələr və digər məsələlər Milli Məclisin işini gözlənilmədən aktiv olmasını tələb edir: “Bu baxımdan Milli Məclisə əlavə vəsaitin nəzərdə tutulması lazımdır ki, bu işlər vaxtında həyata keçirilsin”.
 
S. Novruzov xüsusilə parlamentlərarası dostluq qrupunun fəaliyyətinə önəm verilməsini, ayrılacaq vəsaitdə bunun nəzərdə tutulmasını təklif edib.
 
Bundan başqa o, Milli Məclisin əməkdaşlarının əməkhaqlarının artırılmasını bir daha təklif edib.
 





23.11.2017    çap et  çap et