525.Az

"Gələn il işsizliyə görə sığorta ödənişləri bu illə müqayisədə 1,9 dəfə çox olacaq"


 

"Gələn il işsizliyə görə sığorta ödənişləri bu illə müqayisədə 1,9 dəfə çox olacaq"<b style="color:red"></b> “İşsizlikdən sığorta fondunun büdcəsi “İşsizlikdən sığorta haqqında” yeni qanunun qüvvəyə minməsi və bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi ilə aktuallaşıb”.
 
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib. Nazir müavini bildirib ki, aparılmış hesablamalara uyğun olaraq, 2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1 faizi hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.
 
 
İ. İsayev əlavə edib ki, yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi ilə yanaşı, cari ildə məşğulluq sahəsində maliyyələşdirilməsi nəzərdə tutulan 27,5 mln. manat məbləğində xərclərin növbəti ildən əhəmiyyətli şəkildə, yəni 3,2 dəfə artırılmasına imkan verəcək.
 





23.11.2017    çap et  çap et