525.Az

"Azərbaycanın İntellektual Birincisi" layihəsi davam edir


 

"Azərbaycanın İntellektual Birincisi" layihəsi davam edir<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İrəli" İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycan İntellektual Birincisi" layihəsi uğurla davam edir.

İctimai birlikdən verilən məlumata görə, oktyabrın 28-də layihənin Bakı regional turniri keçirilib. "Xəmsə", "Nə? Harada? Nə zaman?" intellekt yarışlarında Nəsimi, "Axtar tap", "Vətəni tanı" oyunlarında isə ardıcıl olaraq Sabunçu və Nizami rayonunun gəncləri qalib gəliblər.

Oktyarbın 29-da Abşeronda regional turnir keçirilib. Sumqayıt komandası "Xəmsə", "Vətəni tanı", Abşeron komandası isə  "Nə? Harada? Nə zaman?", "Axtar tap" oyunlarında birincilik əldə edib.

Layihənin Quba regional seçim turu isə noyabrın 4-də baş tutub.  Şabran komandası "Xəmsə", Siyəzən komandası "Nə? Harada? Nə zaman?", Quba komandası  "Axtar tap" və "Vətəni tanı" intellektual oyunlarında qələbə qazanıblar.

Noyabrın 5-də Tərtərdə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə regional turnir keçirilib. "Xəmsə", "Axtar tap" intellektual oyunlarında Füzuli, "Nə? Harada? Nə zaman?", "Vətəni tanı" formatında keçirilən yarışda isə Tərtər komandası qalib olub.

Noyabrın 11-də isə İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə yarışlar baş tutub. Regional seçim turunda "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap" intellektual oyunlarında İsmayıllı, "Vətəni tanı" yarışmasında isə  Qobustan rayonunun gəncləri birinci yer tutublar.

Növbəti seçim turu noyabrın 12-də Şəkidə keçirilib.  Balakən komandası "Axtar tap", "Vətəni tanı", Qax komandası "Xəmsə", Şəki komandası isə "Nə? Harada? Nə zaman?" intellektual oyununda qalib gəlib.

Noyabrın 18-də "Azərbaycanın İntellektual Birincisi" layihəsinin Mingəçevir regional turniri olub. Seçim turunda "Axtar tap", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Mingəçevir, "Vətəni tanı" yarışmasında Ucar, "Xəmsə" oyununda isə Bərdə gəncləri qələbə qazanıblar.

Nəhayət, noyabrın 19-da Şəmkirdə keçirilən regional turnirdə Gəncə komandası "Nə? Harada? Nə zaman?", "Vətəni tanı" Tovuz komandası, Goranboy komandası isə "Xəmsə" intellektual oyununda qalib olub.

Qeyd edək ki, regional turnirlər davam edir. Seçim turlarında qələbə qazanan komandalar layihənin final mərhələsində iştirak edəcək.

C.ABASOV

 





23.11.2017    çap et  çap et