525.Az

Azərbaycan beynəlxalq mədəniyyət forumunda təmsil olundu


 

Azərbaycan beynəlxalq mədəniyyət forumunda təmsil olundu<b style="color:red"></b>

Sankt-Peterburq şəhərində altıncı beynəlxalq mədəniyyət forumu keçirilib.

Forum çərçivəsində balet, rəqs, rəssamlıq, ədəbiyyat, kino, musiqi, teatr, təhsil, turizm üzrə tədbirlər təşkil olunub.

Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqas Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev forumun balet və rəqs tədbirlərinə qatılıb.

Balet bölməsinə Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridze rəhbərlik edib.

Forum çərçivəsində keçirilən "dəyirmi masa"da məşhur pedaqoq Marius Petipanın 200 illik yubileyi ilə əlaqədar 2018-ci il Rusiyada "Balet İli" elan edilib.

Tahir Eynullayev, həmçinin, Vaqanova adına Rusiya Balet Akademiyasında şagirdlər və müəllimlər üçün keçirilən açıq dərslərdə iştirak edib.

Qeyd edək ki, tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edib.

Şahanə MÜŞFİQ

 





23.11.2017    çap et  çap et