525.Az

Kitabxana əməkdaşları üçün təlimlər keçirildi - Foto


 

Kitabxana əməkdaşları üçün təlimlər keçirildi - <b style="color:red">Foto </b>

Azərbaycan Milli Kitabxanasında mərkəzi kitabxana sistemlərinin mütəxəssislərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsini təmin etmək məqsədilə treninqlər keçirib.

Milli Kitabxanadan verilən məlumata görə, təlimlər “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda olub.

Treninqlərdə Milli Kitabxananın Oxuculara Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova şəhər və rayon kitabxanalarının informasiya resurs şöbələrinin işçilərinə gənc oxucuların aktiv mütaliəyə cəlb olunmasına yönəlik kreativ layihələrin işlənməsi metodikası barədə məlumat verib və onları konkret layihələrin işlənməsi ətrafında müzakirələrə cəlb edib, tövsiyyələrini bildirib.

Sonda Milli Kitabxananın müdiriyyəti treninq iştiraklarına sertifikatlar verib.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında” sərəncamın icrası nəticəsində müasir kitabxana-informasiya infrastrukturu yaradılıb, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətlərinın keyfiyyəti artırılıb.

C.ABASOV

 





23.11.2017    çap et  çap et