525.Az

Azərbaycan əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapıldı


 

Azərbaycan əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapıldı <b style="color:red"></b> Ermənistan-Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlanıb.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci ildə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
 





23.11.2017    çap et  çap et