525.Az

"Koroğlu" monoqrafiyasının təqdimatı keçirildi


 

"Koroğlu" monoqrafiyasının təqdimatı keçirildi<b style="color:red"></b>

Noyabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə "Koroğlu" monoqrafiyasının təqdimatı olub.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın musiqi sahəsində xidmətlərindən söz açıb.

Bildirib ki, yubilyar pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirir. Musiqişünas bir sıra bəstəkarlarımızın həyat və yaradıcılığını, əsərlərinin üslub xüsusiyyətlərini qələmə alıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, eləcə də bir sıra məruzələri Azərbaycan milli musiqisinin təbliğinə xidmət edir.

Tədbirdə "Avropa" nəşrlər evi yubilyara "İlin ən yaxşı musiqişünas tədqiqatçısı" mükafatını təqdim edib.

Sonra yubilyarın yaradıcılığına həsr olunan məruzələr dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib.

XƏDİCƏ

 





23.11.2017    çap et  çap et