525.Az

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma: ölənlər var


 

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma: ölənlər var <b style="color:red"></b> Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.
 
Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir. 
 
Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır.
 
Atəş açan şəxslərdən biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.
 





23.11.2017    çap et  çap et