525.Az

Çavuşoğlu: “İŞİD terrorçularını Türkiyədən çox məhv edən olmayıb”


 

Çavuşoğlu: “İŞİD terrorçularını Türkiyədən çox məhv edən olmayıb”<b style="color:red"></b> Türkiyə Yaxın Şərqdə hərbi əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının 4 mindən çox üzvünü məhv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.  
 
“Münaqişə başlayandan biz 1 milyondan çox dinc sakini qətlə yetirən Əsəd rejimini ciddi şəkildə tənqid edirik, ... lakin heç vaxt münaqişənin hər-hansı həllinə qarşı çıxış etməmişik, əksinə”, - deyə M.Çavuşoğlu Romada İtaliya-Türkiyə biznes-forumunda çıxışı zamanı bildirib.
 
XİN rəhbəri Türkiyənin çoxdan “Suriyanın dostları qrupu”nun və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın iştirakçısı olduğunu xatırladıb. 
 
“İŞİD terrorçularını Türkiyədən çox məhv edən olmayıb: Suriya və İraqda 4 mindən çox terrorçu məhv edilib. Bundan başqa, xaricdə döyüşlərdə iştirak etmiş 5 mindən çox silahlı ölkədən çıxarılıb, 3 mindən çoxu isə həbs edilib”, - deyə M.Çavuşoğlu qeyd edib. 
 
Onun sözlərinə görə, Ankara uzun müddətdir Suriyadakı müxalifət qruplarını Cenevrə danışıqlarında iştirak etməyə sövq edir, lakin Dəməşqin hazır olmadığı səbəbindən bu proses nəticə gətirmir: “Cenevrədə onların arasında razılıq əldə olunmalıdır”.
 





24.11.2017    çap et  çap et