525.Az

Kaliforniyanın Santa Monika Kollecində Azərbaycana dair mühazirə


 

Kaliforniyanın Santa Monika Kollecində Azərbaycana dair mühazirə <b style="color:red"></b> Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindən olan Santa Monika Kollecində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair tədbir keçirilib.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, kollecin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə sözügedən ali təhsil müəssisəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib.
 
Baş konsul N.Ağayev məruzəsində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi kökləri haqda danışıb.
 
Diplomat qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər götürərək əsasını qoyduğu müasir Azərbaycan multikulturalizmi bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur.
 
Baş konsul həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib.
 
Baş konsul qeyd edib ki, bu işğalçılığa baxmayaraq bu gün Bakıda 20 minədək erməninin yaşaması faktı bir daha Azərbaycanda kök salmış qədim tolerantlıq ənənələrindən xəbər verir. “Bunu, eləcə də Ermənistanda bu gün bir nəfər də olsun azərbaycanlının qalmadığını və orada vaxtilə yaşamış 250 min azərbaycanlının hamısının didərgin salındığını nəzərə alsaq, Azərbaycan xalqının yüksək tolerantlq mədəniyyəti daha da aydın şəkildə özünü biruzə verir" - deyə N.Ağayev bildirib.
 
Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb.
 





24.11.2017    çap et  çap et