525.Az

Yenidən hazırlanan “Silahlı Qüvvələr haqqında” qanun layihəsi müzakirəyə çıxarılır


 

Yenidən hazırlanan “Silahlı Qüvvələr haqqında” qanun layihəsi müzakirəyə çıxarılır<b style="color:red"></b> Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
 
APA-nın məlumatına görə, yeni qanun layihəsində maddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan yeni qanun layihəsində Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır.
 
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc APA-ya bildirib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir: “Qanun layihəsində göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər”.
 
Qeyd edək ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” mövcud qanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.
 





24.11.2017    çap et  çap et