525.Az

Gürcüstanda elektromobillər istehsal olunacaq


 

Gürcüstanda elektromobillər istehsal olunacaq<b style="color:red"></b> Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərin istehsalına başlanılması planlaşdırılır.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir.
 
Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir.
 
Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobillər yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq.
 





24.11.2017    çap et  çap et