525.Az

Nazir: “İşəgötürənlər əlillər üçün lazımi şəraitin yaradılmasında maraqlı deyil”


 

Nazir: “İşəgötürənlər əlillər üçün lazımi şəraitin yaradılmasında maraqlı deyil”<b style="color:red"></b>

“Əlilliyi olan şəxslərə başqa bir qrup kimi baxılması düzgün deyil. Onlar üçün müvafiq şərait yaradılmalıdır ki, onlar da əlilliyi olmayan şəxslər kimi bərabər hüquqlardan istifadə etməlidir. Bunun üçün iş yerlərində, ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılmalıdır”.
 
“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Nazirin sözlərinə görə, hazırda işəgötürənlər buna müəyyən qədər hazır deyil: “Açıq danışıram, işəgötürənlər bu istiqamətdə xərclərin yönəldilməsində maraqlı deyillər. Buna görə, biz cəmiyyət olaraq bu problemin üzərinə getməliyik.

Qanunvericiliyə görə, kvotanın yarısı əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, proses biz istədiyimiz templə getmir. Kvotanın tətbiqi yox dərəcəsindədir. Bunun səbəblərindən biri də ciddi maliyyə sanksiyalarının olmamasıdır. Amma mən düşünürəm ki, cəzaların tətbiqi ilə deyil, insanlarımızın düşüncəsini dəyişdirərək bu problemi aradan qaldıra bilərik.

Anlamalıyıq ki, hər kəs bir gün sağlamlığını itirə, əlil ola bilər. Mən bunu kiməsə arzu etmirəm, lakin bundan kimsə sığortalanmayıb”.

 

 





24.11.2017    çap et  çap et