525.Az

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları


 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları <b style="color:red"></b> Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.
 
MN-dən APA-ya verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.
 
Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.
 





24.11.2017    çap et  çap et