525.Az

"Yeni qazax şeiri antologiyasi" nəşr edildi


 

"Yeni qazax şeiri antologiyasi" nəşr edildi<b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri işıq üzü görüb.

Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, "Yeni qazax şeiri antologiyası" adlanan nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.

"Kaspi" qəzetinin təsisçisi, yazıçı və ədəbiyyatşünas Sona Vəliyeva antologiyaya "Xəzərin o tayında vuran isti ürəklər" adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə "Ön söz" yazıb.

Antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov (Qazaxıstan), Rəsmiyyə Sabir (Azərbaycan), məsləhətçiləri millət vəkili Cavanşir Feyziyev, Qazaxıstan Yazıçılar Birliyi başqanının I müavini Qalım Jaylıbay, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzdur. Rəyçilər akademik Nizami Cəfərov, professor Elçin İsgəndərzadə, BAMF başqanı Umud Rəhimoğlu, Mahmud Kaşqari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlı, redaktoru isə Əfsanə Ələsgərlidir. "Yeni qazax şeiri antologiyasi"na daxil edilən şeirləri qazaxıstanlı yeni nəsil yazarları Gülnaz Faizulla, Gülnaz Satbay, azərbaycanlı yazarlar Rəsmiyyə Sabir, Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli çevirib.

"Yeni qazax antologiyası"nda şeirləri toplanmış şairlərdən bir qrupu bu il dekabrın 1-dən 5-dək keçiriləcək "Bakıdan Türk Dünyasına" adlı silsilə tədbirlər çərçivəsində "Yeni qazax şeiri antologiyası"nın təqdimat və imza törənlərində, müzakirələrdə iştirak etməkçün Azərbaycanda səfərdə olacaq.

Antologiyanın Türk Dünyasının builki mədəniyyət paytaxtı Türkistanda da təqdimatının keçirilməsi nəzərdə tutulub.

ŞAHANƏ

 





24.11.2017    çap et  çap et