525.Az

Naxçıvanda iranlı rəssamın sərgisi açıldı


 

Naxçıvanda iranlı rəssamın sərgisi açıldı<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda İranın görkəmli rəssamı Mahmud Fərşçiyanın fərdi sərgisinin açılışı olub.

Miniatür janrında 30 əsərin sərgiləndiyi Fərşçiyanın "Ənənəvilik və Müasirlik" adlı sərgisi Naxçıvanın mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılıb.

Rəssamlar Birliyinin müavini Nizami Alıyev Fərşçiyan və əsərləri barədə məlumat verib. Daha sonra İranın Naxçıvandakı Baş Konsulu Mansour Airom naxçıvanlı sənətsevərlərə təşəkkür edərək, rəssam barədə və incəsənətin İslam ölkələrini o cümlədən, İran, Azərbaycan və Türkiyəni birləşdirən rolundan danışıb.

Daha sonra Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad Təşkilatının Baş Direktoru Doktor Məhəmməd Məhəmmədpur çıxış edərək Fərşçiyanın yaradıcılığından danışıb.

Sərgi noyabrın 27-dək davam edəcək.

Şahanə MÜŞFİQ

 





24.11.2017    çap et  çap et