525.Az

Anar Yusifoğlunun şeiri


 

Anar Yusifoğlunun <b style="color:red">şeiri</b>

Mənim məzarımda sahibsiz çiçək,

sığmısan daşımın kölgəsinəmi?

tək-tənha gəlmisən məzarım üstə

mənim kədərimə üşümürsənmi?

Küləklər qəbrimi xaraba qoyub

başdaşım yellənir məzarım üstə

bu tənha məzarın adı da ağır...

bu tənha məzarın qulağı səsdə 

 

Quşların şən səsi-civiltisinə

bir doğma adamın isti səsinə

bir sığal istəyir, adi bir sığal...

 

 





06.06.2013    çap et  çap et