525.Az

Jurnalist Sədaqət İsmayılova sərgiylə anıldı


 

Jurnalist Sədaqət İsmayılova sərgiylə anıldı<b style="color:red"></b>

Tbilisidə fəaliyyət göstərən M.FAxundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış qələm ustası, nüfuzlu mətbuat orqanlarında çalışmış, BBC radiosunun prodüseri işləmiş azərbaycanlı jurnalist Sədaqət İsmayılovanın xatirəsinə həsr olunmuş sərgi açılıb.
 
Sərgidə tanınmış jurnalistin həyat və zəngin yaradıcılığını əks etdirən əlyazmalar, audiomateriallar, fotoşəkillər və digər əşyalar nümayiş olunur.

Açılış mərasimində Gürcüstanda fəaliyyət göstərən jurnalistlər, Gürcüstan Azərbaycanlıları Mədəniyyəti Mərkəzinin əməkdaşları, S. İsmayılovanın təhsil aldığı İ.Çavçavadze adına Tiflis Dövlət Universitetinin jurnalistika fakültəsinin keçmiş tələbələri, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin üzvləri və Azərbaycandan gələn qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, S. İsmayılovanın fəaliyyətində vətənpərvərlik əsas meyar olub. Xəbərlərin, materialların hazırlanmasında qərəzsizlik, dəqiqlik onun yaradıcılığının əsas qayəsi olub.

Sərgi-guşə 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə qədər muzeyin ziyarətçilərinə təqdim olunacaq.

Xədicə RƏHMAN

 





26.11.2017    çap et  çap et