525.Az

İcra başçısı müavininin qəza törətmiş oğluna hökm oxundu


 

İcra başçısı müavininin qəza törətmiş oğluna hökm oxundu<b style="color:red"></b> Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
 
Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.
 





29.11.2017    çap et  çap et