525.Az

Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılışı oldu


 

Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılışı oldu<b style="color:red"></b>

Noyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)  Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək müasir təhsildə tələb olunan, təcrübənin xüsusi rolundan, bu təlim-tədris mərkəzinin bütün imkanlarından istifadə edərək  tələbələrə dərs və dərsdən kənar zamanlarda nəzəriyyə ilə təcrübəni bir araya gətirə biləcəklərini deyib.

O, belə bir təlim- tədris mərkəzinin təşəbbüsünün ilk dəfə  olduğunu bildirərək, hamıya uğurlar arzu edib. Daha sonra  Bakı Milli Geyim Evinin təsisçisi, rəssam, dizayner  modelyer Könül Vəlibəyli  çıxışında belə bir bazanın yaradılması, 10 ildən çox zamanı əhatə edən təcrübə ilə Respublikamız və ondan kənarda Azərbaycan milli geyimlərinin təbliğatçısı kimi, bu təcrübəni tələbələrlə bölüşməkdən məmnun olduğunu, gənc modelyer, dizaynerlər əldə etdikləri təcrübənin  Universiteti bitirdikdən sonra iş yerləri ilə təmin olunmasına kömək edəcəyini də vurğulayıb. Universitetin "Dizayn və dekorativ sənət" kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz də çıxışında  tələbələrə əldə etdikləri nəzəri bilikləri  təcrübədə tətbiq etməyin həqiqətən də çox önəmli məsələlərdən biri hesab etdiyini, birlikdə çox iş görəcəklərini bildirib. 

Açılış mərasimində bu təlim-tədris mərkəzinin yaradılmasında məqsəd Bakı Milli Geyim Evinin təcrübəsini tələbələrlə paylaşmaq, bu milli səhnə geyimlərinin hazırlanmasını gənc nəslə öyrətmək, ənənələri ötürmək, onlara əl işi, kəsim, biçim, tikim, diplom işlərində dəstək olmaqdır. 

 





30.11.2017    çap et  çap et