525.Az

BDU-nun yubileyi Avrasiya Universitetlər Assosiasiyasında qeyd ediləcək


 

BDU-nun yubileyi Avrasiya Universitetlər Assosiasiyasında qeyd ediləcək<b style="color:red"></b>

Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadoniçi Bakı Dövlət Universitetinin (BDU) rektoru, qeyd edilən Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmova məktub ünvanlayıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən verilən xəbərə görə, məktubda Avrasiya Universitetlər Assosiasiyasının 2019-cu ildə keçiriləcək əsas tədbirləri sırasına Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirinin də əlavə edilməsi əksini tapıb. Assosiasiyanın prezidenti, eyni zamanda, akademik Abel Məhərrəmovun qurumda aktiv fəaliyyətini yüksək qiymətləndirib. Viktor Sadovniçi, həmçinin, Assosiasiyaya daxil olan universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsində, vahid elmi-təhsil mühitinin saxlanmasında və təhsil ocaqları arasında dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə Abel Məhərrəmova təşəkkürünü bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Dövlət Universitetinin 100 illik yubileyinin 2019-cu ildə UNESCO səviyyəsində qeyd olunması ilə bağlı qurumun Baş Konfransı 39-cu sessiyasında qərar qəbul edib.

S.QARAYEVA

 





30.11.2017    çap et  çap et