525.Az

Gənclərin peşə seçimində valideynlərin böyük rolu var


 

Gənclərin peşə seçimində valideynlərin böyük rolu var<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində "Gənclərin peşə seçimində valideynlərin rolu" mövzusunda tədbirlər keçirilib.

Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və "Təhsilin İnnovativ İnkişafı" Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində kömək göstərmək, övladlarını yaradıcı əməyə hazırlamaq və onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdır.

Tədbirlərdə ölkəmizin əmək bazarındakı vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə geniş məlumat verilir. İxtisas seçimi, bu məsələdə diqqət yetirilməli məqamlar, bilik və bacarıqların düzgün qiymətləndirilməsi və digər müvafiq məsələlər ətrafında müzakirələr aparılır, peşə hazırlığı, əlavə təhsil kursları haqqında suallar cavablandırılır.

Seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğun müəyyənləşdirilməsinin mühüm məsələlərdən olduğu diqqətə çatdırılır.

Sonda şagirdlərə peşəyönümü ilə bağlı tərtib edilmiş əyani vəsaitlər təqdim olunur.

S.QARAYEVA

 





01.12.2017    çap et  çap et