525.Az

"Şokdayam" - Nizami Hacıyev


 

"Şokdayam" - <b style="color:red">Nizami Hacıyev</b>

AFFA-nın İntizam Komitəsinin qərarına əsasən futboldan ömürlük uzaqlaşdırılan "Keşlə"nin sabiq futbolçusu Nizami Hacıyev Qol.az saytına qısa açıqlama verib.

O, haqqında çıxarılan qərardan şoka düşdüyünü deyib: "İndi bu barədə danışmaq istəmirəm. Özüm də şokdayam".

N.Hacıyev bu gün axşam saatlarında məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini, orada bütün sualları cavablandıracağını bildirib.

Xatırladaq ki, Nizami Hacıyevlə yanaşı "Keşlə"nin digər sabiq futbolçusu Mirhüseyn Seyidov da oyun alqı-satqısında iştirakında ittiham olunaraq futboldan ömürlük uzaqlaşdırılıb.

 





01.12.2017    çap et  çap et