525.Az

İlon Mask “Falcon Heavy” raketinin buraxılışı barədə anons verdi


 

İlon Mask “Falcon Heavy” raketinin buraxılışı barədə anons verdi<b style="color:red"></b> ABŞ-ın “SpaceX” şirkəti 2018-ci ilin yanvarında “Falcon Heavy” ağır tutumlu raket daşıyıcısının orbitə buraxılmasını planlaşdırır.
 
APA-nın məlumatına görə, bu barədə şirkətin rəhbəri İlon Mask özünün “Tvitter” hesabında yazıb.
 
Raket-daşıyıcısı Kanaveral burunundan (Florida ştatı) start götürəcək.
 
“Falkon Heavy” gələn ay Kanaveral burunundan start götürəcək. Möhtəşəm görüntülərin olacağına zəmanət verilir”, İ.Mask yazıb.
 
“Falcon Heavy” ağır sinifli “Falcon 9” raketi əsasında qurulur. Onun bir dəfəyə orbitə 54 ton yük daşıyacağı ehtimal edilir. Raketin ilk sınaqları may ayında “SpaceX” şirkətinin Texas ştatındakı poliqonunda baş tutub.
 





02.12.2017    çap et  çap et