525.Az

Əlahiddə Ümumqoşun Ordu üzrə ən yaxşı artilleriya batareyası seçildi


 

Əlahiddə Ümumqoşun Ordu üzrə ən yaxşı artilleriya batareyası seçildi<b style="color:red"></b>

2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
 
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, artilleriya batareyalarının tədris-material bazası və şəxsi heyətin təchizatı yoxlanıldıqdan sonra heyətlər əvvəlcədən hazırlanmış atəş mövqelərinin tutulması, eləcə də fərdi və qrup halında normativləri icra ediblər.

Yeni atəş mövqelərinə çıxarılma, əvvəlcədən müəyyən edilmiş və qəfil aşkar olunmuş hədəflərin dərhal məhv edilməsi tapşırıqları da müvəffəqiyyətlə yerinə yetirilib.

 





02.12.2017    çap et  çap et