525.Az

Ramiz Məlik: “Məleykə Əsədova onu yuxusunda görər”


 

Ramiz Məlik: “Məleykə Əsədova onu yuxusunda görər”<b style="color:red"></b> “Mən heç vaxt Məleykə Əsədovanın valideynlərinin məzarı qarşısında onlardan üzr istəməyəcəyəm. Məleykə onu ancaq yuxusunda görəcək”.
 
Bunu APA-ya xalq artisti Ramiz Məlik deyib. 

R. Məlik bildirib ki, M. Əsədova onun şərəf-ləyaqətini alçatmağa çalışır:

"Yəni onun tərbiyəsi o həddədir ki, 74 yaşlı kişini təhqir edib, alçatmaq istəyir? Onun yaşı qədər mənim səhnə stajım var. Utanmalıdır, abır-həyası olmalıdır. Deyir, Ramiz Məlikin çox adamla qalmaqalı olub. Mən heç vaxt heç kimlə qalmaqal yaratmamışam. Əksinə, istəsəydim, Ramiz Novruzu 3 illik həbs etdirərdim. Amma mən onu bağışladım. Bu məsələ ilə bağlı da başqa nə isə demək istəmirəm”.
 
Qeyd edək ki, xalq artisti M.Əsədova APA-ya Ramiz Məlikin cəmiyyətə yanlış informasiya ötürdüyünü deyib.

M.Əsədova qeyd edib ki, Ramiz Məlik onun ata-anasının məzarı qarşısında üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir.
 





04.12.2017    çap et  çap et