525.Az

Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçirdilər


 

Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçirdilər<b style="color:red"></b> Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisindəki hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.
 
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi hissələrin bütün obyektlərinə, hərbi qulluqçuların yataqxanalarına, tədris otaqlarına, tibb məntəqələrinə, yeməkxanalarına, mətbəxlərə, ərzaq anbarlarına baxış keçirilib.
 
Hərbi qulluqçulara yaradılmış şərait, əşya təminatı, rəftar, qidanın keyfiyyəti, şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, hərbi qulluqçular üçün vətənpərvərlik və döyüş hazırlığı ilə bağlı tədbirlərin keçirilməsi müsbət qiymətləndirilib.
 
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar.
 





04.12.2017    çap et  çap et