525.Az

Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu bədbəxt hadisə nəticəsində öldü


 

Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu bədbəxt hadisə nəticəsində öldü<b style="color:red"></b> Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.
 
APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.
 
Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 





05.12.2017    çap et  çap et