525.Az

“Ustad” dərgisinin 15-ci sayı


 

“Ustad” dərgisinin 15-ci sayı <b style="color:red"></b>

“Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 15-ci sayı işıq üzü görüb.

Nəşriyyatdan 525.az-a verilən məlumata görə, jurnalın bu sayında bir-birindən maraqlı məqalə və hekayələr yer alıb.

“Ustad”ın məsul redaktoru Səbuhi Şahmursoy bildirib ki, dərgidə yerli yazarlardan hekayələr, ədəbi tənqid və araşdırma məqalələrlə yanaşı, tərcümə hekayələr, film və tarixi məkanlar haqqında araşdırmalar, şeirlər və maraqlı məlumat dolu yazılar var: "Keçən saylarda olduğu kimi, dərgimizdə potensialı olan gənc imzalara da yer vermişik. Onların ustadlığa gedən yolunu izləmək bizim kimi oxuculara da maraqlı olar.

Məsul redaktorun sözlərinə görə, tərcümələrə gəldikdəsə, dərginin budəfəki buraxılışını Aslı Ərdoğan, Altay Ötkəm, tarixi araşdırmalar ustası Murad Adcı və məşhur amerikalı fantast yazar Robert Haynlayndan əsərlər bəzəyir: "Getdikcə daha müasir dərgiyə çevrilən “Ustad” dərgisinin oxucu arealı artıq çox genişdir. Sevinirik ki, “Ustad”ı müxtəlif yaş dövrünü əhatə edən dərgiyə çevirə bilmişik”.

Qeyd edək ki, dərgini müxtəlif kitab dükanlarından əldə edə bilərsiniz.

 





05.12.2017    çap et  çap et