525.Az

"Ədəbiyyatsız dünya"nın təqdimatı keçirildi


 

"Ədəbiyyatsız dünya"nın təqdimatı keçirildi<b style="color:red"></b>

Dekabrın 2-də Gənc Tamaşaçılar Teatrında şair və ədəbiyyatşünas Qismət Rüstəmovun tərcüməsində işıq üzü görmüş "Ədəbiyyatsız dünya" kitabının təqdimat və imza mərasimi olub.
 
Mərasimdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tənqidçi Cavanşir Yusifli, yazıçılar Fəxri Uğurlu, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, şair Cəlil Cavanşir və başqaları iştirak ediblər.

Bildirilib ki, "Alatoran" nəşriyyatında çapdan çıxan kitaba məşhur dünya yazarlarının müxtəlif zamanlarda qələmə aldığı ədəbiyyat və sənət məsələləri haqqında esselər toplanıb.

Kitabda ümumilikdə "Dünya ədəbiyyatsız necə olardı" sualına cavablar öz əksini tapıb. Nəşrdə Mario Varqas Lyosanın, Orxan Pamukun, Vladimir Nabokovun, Susan Sontaqın, Rolan Bartın, Odenin və digər məşhur söz ustalarının ən vacib esseləri toplanıb.

Təqdimatda oxucular, "Ədəbiyyatsız dünya" daxil olmaqla, "Alatoran" yayınlarının və "Azərbaycan Yaradıcılıq Fondu"nun nəşr etdiyi digər kitabları da endirimlərlə əldə etmək imkanı qazanıblar.

ŞAHANƏ

 





05.12.2017    çap et  çap et