525.Az

Akademik Tofiq Hacıyevin "Seçilmiş əsərləri" işıq üzü gördü


 

Akademik Tofiq Hacıyevin "Seçilmiş əsərləri" işıq üzü gördü<b style="color:red"></b>

Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik "Seçilmiş əsərləri" çap olunub.

"Elm" nəşriyyatında işıq üzü görmüş "Seçilmiş əsərlər"in redaktoru dosent Qızılgül Abdullayeva, rəyçilər professorlar Məhərrəm Məmmədli, Eldar Piriyev,  filologiya üzrə elmlər doktoru Sərdar Zeynal, filologiya üzrə fəlsəfə doktoru Sevda Sadıqova və Afaq Məmmədovadır.

İkicildliyin birinci cildində Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlil olunur. Dövrlərin müəyyənləşdirilməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.

İkinci cild isə akademikin Türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir.

Kitaba "Orxon dastanlarının şeir sənətkarlığı", Mikayıl Baştunun "Şan qızı dastanı", Cəmaləddin İbn Mühənnanın "Hilyətül-insan və həlbətül-lisan" əsərləri haqqındakı yazılar, habelə müəllifin ən son monoqrafiyalarından olan "Türklər üçün ortaq ünsiyyət dili" daxil edilib.

ŞAHANƏ

 





05.12.2017    çap et  çap et