525.Az

ADU-da Çin dili üzrə dərəcə imtahanı baş tutdu


 

ADU-da Çin dili üzrə dərəcə imtahanı baş tutdu<b style="color:red"></b>

Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqə departamentindən verilən məlumata görə, imtahan başlamazdan öncə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin dili kurslarının tələbələrini imtahanların məzmunu, dinləmə, oxu, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları ilə tanış edib. O, həmçinin qeyd edib ki, HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatın alınması Çin Xalq Respublikasında (ÇXR) təqaüdlə təhsil almağa və Azərbaycanda bu dilə marağın artmasına sübutdur.

Qeyd edək ki, bir neçə səviyyədən ibarət olan test imtahanları Çin dili anlayışı olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanıdır.

S.QARAYEVA

 





05.12.2017    çap et  çap et