525.Az

“Yuğ” teatrının iki aktyoru işdən çıxdı


 

“Yuğ” teatrının iki aktyoru işdən çıxdı<b style="color:red"></b>

Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar.

Bu barədə APA-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.
 
O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb:

“Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur”.

 





05.12.2017    çap et  çap et