525.Az

Dolma UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildi


 

Dolma UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildi<b style="color:red"></b> Dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
 
APA-nın məlumatına görə, bu barədə UNESKO-nun saytında məlumat yer alıb.
 
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün “twitter" səhifəsində buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib.
 
Eyni zamanda "Köçəri" rəqsi Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
 





06.12.2017    çap et  çap et