525.Az

Əjdər Ol oxucularla görüş keçirəcək


 

Əjdər Ol oxucularla görüş keçirəcək<b style="color:red"></b>

Tanınmış yazıçı Əjdər Ol oxucuları ilə görüşəcək.

“Hədəf” Nəşrlərindən 525.az-a verilən məlumata görə, görüşdə yazıçı “ATV kitab” və “Hədəf” Nəşrlərinin birgə layihəsi - “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” adlı topluya salınan hekayələri haqda danışacaq, oxucuların suallarını cavablandıracaq, kitablarını imzalayacaq.

Görüş dekabrın 9-u, saat 15.00-da Kitabevim.az mağazasının 28 may filialında keçiriləcək.

30-dan çox kitabın müəllifi olan Əjdər Ol portret-hekayələrinə görə 2010-cu ildə Milli Kitab Müsabiqəsinin əsas mükafatına, “Hərbi səhra komandirinin meymunu” hekayəsinə görəsə, Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin “Qran-Pri”sinə layiq görülüb.

 





07.12.2017    çap et  çap et