525.Az

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir arada


 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir arada <b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə Vyanada görüşü başa çatıb.
 
Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "twitter" səhifəsində yazıb.
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.
 
Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.
 





07.12.2017    çap et  çap et