525.Az

İran XİN Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını pislədi


 

İran XİN Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını pislədi<b style="color:red"></b> İran Xarici işlər nazirliyi ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə  köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir.
 
Bəyanatda bildirilib ki, müsəlmanların ilk qibləsi Məscid-Əqsanın yerləşdiyi Qüds şəhəri  Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi özəlliyə malikdir.
 
"İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirərək, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün  işğalına son qoymaq üçün, eləcədə Fələstin xalqının əsaslı hüquqlarının təmini  məsuliyyətini dərk etməyə çağırır", bəyanatda deyilir.
 





07.12.2017    çap et  çap et