525.Az

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək


 

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.
 
Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə -  Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.
 
İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.
 





07.12.2017    çap et  çap et