525.Az

İsveçrənin yeni prezidenti məlum oldu


 

İsveçrənin yeni prezidenti məlum oldu<b style="color:red"></b> İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib.
 
APA-nın “swissinfo.ch” saytına istinadən verdiyi xəbərə görə, bu posta İsveçrənin hazırkı daxili işlər naziri Alan Berse seçilib.
 
Səsvermədə iştirak edən deputatlardan 190 nəfəri A.Berseni dəstəkləyib. O, 1 yanvar 2018-ci ildən etibarən prezident səlahiyyətlərinin icrasına başlayacaq.
 
İsveçrədə prezident Nazirlər Kabinetinin – Federal Şuranın tərkibindən 1 il müddətinə seçilir.
 
A.Bersenin hökumətində vitse-prezident postunu Uli Maurer tutacaq.
 





07.12.2017    çap et  çap et