525.Az

Qeyri-sabit hava dekabrın 9-na kimi davam edəcək


 

Qeyri-sabit hava dekabrın 9-na kimi davam edəcək<b style="color:red"></b> “Ölkə ərazisində müşahidə olunan, qeyri -sabit yağıntılı hava şəraiti dekabrın 9-na kimi davam edəcək”.
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq hava şəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Qeyd edək ki, dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
 





07.12.2017    çap et  çap et