525.Az

Dünyanın məşhur qrupları Bakıya gəlir


 

Dünyanın məşhur qrupları Bakıya gəlir<b style="color:red"></b>

Dünyaca məşhur Glenn Miller caz orkestrinin və Amerikanın "Kool və Gang" qruplarının Bakıda konserti olacaq.

525.az-ın məlumatına görə, oktyabrın 21-də Heydər Əliyev Sarayında baş tutacaq konsert ənənəvi Beynəlxalq Caz Festival “Baku Jazz Festival 2012” çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, Festival Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət fondu tərəfindən təşkil olunur. Xatırladaq ki, Caz Orkestri 1937-ci ildə Glenn Millerin başçılığı ilə yaradılıb.

Amerikanın məşhur “Kool & the Gang” qrupunun konserti isə oktyabrın 24-də Heydər Əliyev Sarayında baş tutacaq.
 
Konsertdə qrupun repertuarından ən yaxşı musiqi parçaları ifa ediləcək. “Kool və Gang”-Amerika soul qrupu 1964-cü ildə yaradılıb. Grammy Awards mükafatına layiq görülən qrup Ritm və blyuz, caz, funk, disco və soul kimi musiqi janrlarında ifa edir.

Qrupun dünya üzrə 70 milyondan çox albom və 70 singlı satılıb.
Kollektiv dünyanın bir çox ölkələrində uğurlu çıxışları ilə yadda qalıb.

 





03.10.2012    çap et  çap et