525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
 

ETSN-dən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi  gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  2-4° isti, gündüz  6-9° isti, Bakıda gecə  2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  758  mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
 
Nisbi  rütubət  80-90 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz  6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
 





07.12.2017    çap et  çap et